Oğuz sakini bədbəxt hadisə nəticəsində özünə xəsarət yetirib.
Ucnoqta.az"Report"a istinadən xəbər verir ki, hadisə günorta saatlarında rayonun Muxas kəndində baş verib. Həmin kəndin 1989-cu il təvəllüdlü sakini Allahverdiyev Tərlan Knyaz oğlu bağda elektrik mişarı ilə ağacları budayarkən ehtiyatsızlıqdan ayağını kəsib.
Oğuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılan T.Allahverdiyevə sol ayağın kəsilmiş yarası diaqnozu qoyulub.