Bakıda kişilərin pullarını oğurlayan qadınlar tutuldu - Video

14:35 - 24 Fevral 2019 - HADİSƏ

Xəzər Rayon Polis İdarəsi 1-ci Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində ayrı-ayrı şəxslərin pulunu oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş Ağdam rayon sakini Rəqsanə Zeynalova və Astara rayon sakini Günel Bayramova saxlanılıb.

Ucnoqta.az Oxu.Az-a istinadən xəbər verir ki, araşdırma zamanı onların birlikdə müxtəlif vaxtlarda paytaxt sakinləri Fuad Osmanov, Azər Abbasov və Ağarza Şirəliyevin ciblərindən  müvafiq olaraq 380, 1250 və 350 manat pul oğurladıqları məlum olub.

R. Zeynalovanın ətrafında aparılan araşdırma zamanı onun Nizami Rayon Polis İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə axtarışda olduğu müəyyən edilib.

​Faktla bağlı Xəzər RPİ-də Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Xəbər xətti