Səudiyyə Ərəbistanı tarixində ilk dəfə olaraq qadın səfir təyin edilib.
Ucnoqta.az Trend-ə istinadən xəbər verir ki, şahzadə Rima bint Bəndər krallığın ABŞ-dakı səfiri təyin edilib. Bu barədə qərarı vəliəhd şahzadə Məhəmməd bin Salman imzalayıb və xanım diplomata səfir rütbəsi verib.
Qeyd edək ki, Rima şahzadə Bəndərin qızıdır. Bəndər 1983-2005-ci illərdə ölkəni ABŞ-dakı diplomatik missiyasına rəhbərlik edib.