Venesuela bu ölkə ilə diplomatik münasibətləri kəsib

00:59 - 24 Fevral 2019 - DÜNYA

Venesuela lideri Nikolas Madurobildirib ki, onun ölkəsi Kolumbiya ilə diplomatik və siyasi münasibətləri kəsir. "Report" xarici mətbuata istinadən xəbər verir ki, Venesuela prezidenti bu qərarı uzun müddət düşündükdən sonra atdığını deyib. "Mən uzun müddət Kolumbiya xalqına görə dözürdüm, hansı ki, nümayəndələri bizim aramızda yaşayır", - deyə Maduro bildirib. O, kolumbiyalı həmkarı İvan Dukeni"iblis bədənli" adlandırıb. Venesuela prezidenti bu gün həmçinin Karakasda ona dəstək verən tərəfdarları qarşısına çıxıb. Maduro çıxışını "Twitterdə" özü yayımlayıb. 

Xəbər xətti