Venesuela ordusuna Kolumbiya ilə sərhəddə qoşunların yerləşdirilməsi ilə bağlı əmr alıb.
“Ölkə.Az” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Silahlı Qüvvələrin rəhbərliyi məlumat yayıb. Bildirilir ki, prezident Nikolas Maduronun təlimatına əsasən bu addım atılıb.
Qeyd edək ki, bu gün Kolumbiya sərhədinə əsasən ABŞ-dan göndərilən humanitar yardım konvoyu gəlməlidir. Maduro hökuməti isə onun ölkəyə daxil olmasına maneə törətmək niyyətindədir və artıq Braziliya ilə quru sərhədini bağlayıb. Həmçinin Kolumbiya ilə sərhədi bağlamaq ehtimalı da nəzərdən keçirilir.