Ziya Bünyadov prospektində avtomobil aşıb
Ucnoqta.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mayis Ağayev məlumat verib. Onun sözlərinə görə, bir qədər əvvəl Ziya Bünyadov prospekti və Əhməd Rəcəbli küçəsinin kəsişməsində körpünün üstündə (Koroğlu istiqamətində) avtomobil aşıb. Qəza səbəbindən hazırda həmin istiqamətdə tıxac var- deyə BNA rəsmisi bildirib.