ABŞ Suriyadan ordusunun çıxarılmasından sonra bu ölkədə 200 hərbçidən ibarət "kiçik sülhməramlı kontingenti" saxlamaq niyyətindədir.
Trend-in "Reuters" agentliyinə istinadən verdiyi məlumatına görə, bu barədə Ağ Evin mətbuat katibi Sara Sandersin bəyanatında deyilir. Bəyanatda bildirilir: "Təxminən 200 nəfərdən ibarət kiçik sülhməramlı kontingenti bir müddət Suriyada qalacaq".
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp ötən il dekabrın 19-u amerikalı hərbçilərin Suriyadan çıxarılması barədə qərar qəbul edib.