Bakıda gənc qız sərxoş atasını bıçaqladı

22:31 - 21 Fevral 2019 - HADİSƏ

Bakıda yaşayan gənc qız atasını bıçaqlayıb.

Ucnoqta.az xəbər verir ki, hadisə fevralın 20-də gecə saatlarında Bakının Ramana qəsəbəsinin Zərdabi küçəsindəki evlərdən birində baş verib. 49 yaşlı Hüseynov İlham Şəhaddin oğlu ağır bıçaq yaraları ilə 3 saylı şəhər kliniki xəstəxanasına çatdırılıb.

Şübhəli şəxs rayonun 12-ci polis bölməsi tərəfindən saxlanılıb. “Sputnik Azərbaycan”ın Səbail rayon Polis İdarəsinə istinadən məlumatına görə, dindirilmə zamanı qız əməlini etiraf edərək, deyib ki, atasını öldürmək niyyəti olmayıb, ancaq buna vadar edilib. İş burasındadır ki, İ.Hüseynov daim sərxoşluq edib və nizamsız həyat tərzi sürüb. Ailə başçısı evə sərxoş vəziyyətdə gələrək, ailəni incidib, qalmaqal salıb.

Bu ssenari fevralın 20-də də təkrarlanıb. Atasının hərəkətlərindən əsəbiləşən qız bıçaq götürərək, ona üç dəfə zərbə endirib.
Faktla bağlı cinayət işi başlanıb. Araşdırma aparılır.

Xəbər xətti