Yaponiyanın şimal adası Hokkaydoda 5,7 bal gücündə zəlzələ olub.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, təkanların episentri adanın cənub-qərbində yerləşib. Zəlzələ ocağı 30 kilometr dərinlikdə qeydə alınıb.
Titrəyişlər 4 prefekturada hiss edilib. Xəsarət alanlar barədə məlumat yoxdur. Sunami təhlükəsi gözlənilmir.