Binəqədi rayonunda yolu keçmək istəyən qadını maşın vurub.
Hadisə Binəqədi rayonunun Azadlıq prospektində baş verib. Naməlum avtomobil yolu keçmək istəyən Bakı şəhər sakini Ş.Əmrahovanı vuraraq hadisə yerindən qaçıb. Yaralı hadisə şahidlərinin köməkliyi ilə xəstəxanaya çatdırılıb. Binəqədi RPİ 5-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol qəzasını törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “Toyota” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini E.Camalov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.