Sumqayıt şəhərində ahıl kişi intihar edib.
Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hadisə şəhərin 2-ci mikrorayon ərazisində baş verib. Belə ki, şəhər sakini, 1954-cü il təvəllüdlü Fərrux Niyazəli oğlu Zeynalov yaşadığı evdə özünü kəndirlə asaraq öldürüb.
İntiharın səbəbləri hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.