Şəmkirdə ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə rayonun Çənlibel kəndi ərazisində baş verib. Hərəkətdə olan “Toyota Prado” ilə “VAZ-21010” markalı avtomobilin toqquşması nəticəsində "VAZ"ın sürücüsü xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Sərnişin, rayonun Qasımlılar kənd sakini, 1983-cü il təvəllüdlü Xaliq Ələsgərov isə hadisə yerində ölüb.
Məlumata görə X. Ələsgərov Gədəbəy rayon Polis Şöbəsinin Arıqıran və İnəkboğan kəndləri üzrə sahə müvəkkili idi.
Faktla bağlı araşdırma aparılır.