Bakı metrosunda ölüm hadisəsi baş verib.
Ucnoqta.az Qafqazinfoya istinadən xəbər verir ki, “Nəriman Nərimanov” stansiyasında 1961-ci il təvəllüdlü Zaqatala rayon sakini Ömərov Hidayət Şaban oğlu qəfil özünü pis hiss edib.
Təcili Tibbi Yardım əməkdaşları gəlsə də, onun həyatını xilas etmək mümkün olmayıb.