ABŞ prezidenti Donald Trampın qızı və eyni zamanda müşaviri olan İvanka Tramp Münhen konfransı zamanı Almaniyanın kansleri Angela Merkelin çıxışına soyuq reaksiya göstərib və alqışlamayıb.
Buna səbəb Merkelin Trampı tənqid etməsi olub. Bu barədə mediaite nəşri məlumat yayıb. Merkel çıxışı zamanı qeyd edib ki, Donald Tramp alman avtomobillərinə milli təhlükə kimi baxır:
“Biz avtomobillərimizlə fəxr edirik. Onlar ABŞ-da istehsal olunur”,- deyən Merkel əlavə edib ki, BMW istehsalı üzrə ən böyük zavod Bavariyada deyil, Cənubi Karolinada yerləşir.oxu.az