Qubanın Təngəaltı istirahət zonasında “Prado” markalı maşın aşıb.
Yolların buz bağlaması ilə əlaqədar olaraq avtomobilin sürücüsü idarəetməni itirib. İki nəfər - sürücü və yanındakı sərnişin köməksiz vəziyyətdə avtomobildə sıxışıb qalıb.
Hazırda FHN Xaçmaz regional mərkəzinin xilasecidiləri həmin əraziyə gedirlər.
Hadisə yerinə Quba rayon polis şöbəsinin əməkdaşları da cəlb olunub. qafqazinfo
***
Quba polis şöbəsinin əməkdaşları FHN-nin əməkdaşları gələnə kimi köməksiz qalan şəxsləri hadisədən 4 saat sonra xilas ediblər. Həmin şəxslər 1986-cı il təvəllüdlü Binəqədi sakini Aqşin Həşimov və 1992-ci il təvəllüdlü Xırdalan sakini Amil Əliyevdir.