Sumqayıtda qətl törədən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, fevralın 18-də saat 21 radələrində Sumqayıt şəhəri ərazisindən şəhər sakini A.Seyidovun kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi, həkimlərin səyinə baxmayaraq orada ölməsi barədə şəhər Polis İdarəsinə məlumat daxil olub. Bununla əlaqədar dərhal polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
Faktla bağlı cinayət işi başlanılıb.
Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən Kəlbəcər rayon sakini, əvvəllər məhkum olunmuş B.Həsənov saxlanılıb.