“İsraillə müharibə riski böyükdür” - İranın XİN başçısı

16:48 - 17 Fevral 2019 - DÜNYA

İranın xarici işlər naziri Cavad Zərif İsraillə müharibəyə başlamaq riskinin çox yüksək olduğunu bəyan edib. “Qafqazinfo” Reuters-ə istinadən xəbər verir ki, bu barədə nazir təhlükəsizlik üzrə Münhen konfransında çıxışında deyib.  Onun sözlərinə görə, İsrail və ABŞ-ın hərəkətləri hadisələrin bu cür inkişafı ehtimalını artırır: “Şübhəsiz, bəzi insanlar müharibə axtarırlar...” Diplomat bildirib ki, risk böyükdür və ABŞ-la İsrail beynəlxalq hüququnun ciddi şəkildə pozulmasına göz yummağa davam edərsə, bu risk artacaq. 

Xəbər xətti