Rusiyanın Peterburq şəhərinin mərkəzi rayonunda İnformasiya Texnologiyaları, Mexanika və Optika Milli Tədqiqat universitetinin binasının damı çöküb.
Ucnoqta.az Rusiya KİV-ə istinadən xəbər verir ki, dağıntılar altında 20 nəfərin qaldığı güman edilir. Hadisə yerinə FHN xilasediciləri və təcili tibbi yardım briqadaları cəlb olunub. İlkin məlumata görə, 60 nəfər təxliyyə edilib.