İraq İrana neft ixracını dayandırıb
Ucnoqta.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, İrana xam və emal edilmiş neft ixracı dayandırılıb. Avtosisternlərlə Başmak Nəzarət Buraxılış Məntəqəsindən göndərilən neftin daşınması artıq dayandırılıb.
Nəzarət Buraxılış Məntəqəsinin rəhbəri Samal Abdülrəhim bildirib ki, uyğun qərar fevralın 15-dən qüvvəyə minib. Hökumət neftin ixracının dayandırılmasını şərh etməyib.
Qey edək ki, 2018-ci ilin noyabrından ABŞ-ın İrana qarşı yeni sanksiyalar tətbiq edib.