Almaniya hökuməti müdafiə xərclərini ÜDM-in 2 faizi səviyyəsinə çatdırmağı qarşıya məqsəd qoyub.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Ursula fon der Leyen Münhen Təhlükəsizlik Konfransında bildirib.
“Biz avropalılar tərəziyə daha çox yük qoymalıyıq. Almaniya hökumətinin NATO-ya vəd etdiyi, bizim koalisiya sazişimizdə təsbit olunduğu kimi, müdafiə xərclərimizi 2 faiz səviyyəsinə çatdırmaq məqsədinə doğru irəliləyirik”, - deyə nazir vurğulayıb.