İranın cənub-şərqində baş verən terror aktı nəticəsində ölənlərin sayı 41 nəfərə çatıb.
Trend-in məlumatına görə, bu barədə "Fars News" agentliyinin "Twitter" səhifəsində yerləşdirilən məlumatda deyilir.
Məlumatda bildirilir: "İslam İnqilabı Keşikçilər Korpusunun üzvləri və dinc sakinlər də daxil olmaqla ölənlərin sayı 41 nəfər çatıb".
***
İranın cənub-şərqində İslam İnqilabı Keşikçiləri Korpusuna qarşı terror törədilib.
“Qafqazinfo” İran KİV-nə istinadən xəbər verir ki, terrorçuların törətdiyi partlayış nəticəsində korpusun azı 20 hərbçisi həlak olub, 20-si yaralanıb.
Hücum İİKK-nin avtobusuna edilib.
Hazırda heç bir terror qruplaşması məsuliyyəti üzərinə götürməyib.