Meksikanın Kolima ştatında gizli basdırılmış təxminən 70 cəsəd aşkarlanıb.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə yerli baş prokurorluq bildirib. "Tekoman bələdiyyəsində, Santa-Rosedə 69 cəsəd aşkar olunub. Hazırda genetik müəyyənləşdirmə işi aparılır. Federal hokümət axtarışların davam etməsi üçün avadanlıqla və heyətlə yardım göstərir", - deyə xəbərdə bildirilir. Daha əvvəl prokurorluq Tekomanda gizli basdırlmış azı 11 cəsədin aşkar edilməsi barədə məlumat yayıb.
Ştatın prokuroru Qabriyel Verdusko cəsədlərinin tapılmış meyitlər arasında olması güman edilən itkin düşənlərin qohumları ilə görüşüb.