Makedoniya Respublikası rəsmi olaraq Şimali Makedoniya adlandırılıb.
“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Yunanıstanın xarici işlər naziri Yorqos Katrunqalos və Makedoniyanın xarici işlər naziri Nikola Dimitrov Tvitter səhifələrində yazıblar. “Prespan sazişi qarşılıqlı razılaşma ilə qüvvəyə mindi. Regionda stabillik, sülh, dostluq və Şimali Makedoniya ilə əməkdaşlığın yeni dövrü başlanır”, - deyə Katrunqalos qeyd edib. Dimitrov, həmçinin, iki ölkə arasında yeni əlaqələrin başladığını yazıb.