Rusiya hökuməti bir müddət üçün interneti söndürməyi planlaşdırır.
Bununla da rəqəmsal olaraq dünya ilə əlaqəsinin qopması vəziyyətində strukturun necə işləyəcəyini sınaqdan keçirmək üçün belə bir qərar qəbul edilib. Bu plan 2018-ci ildə qəbul edilən bir qanun layihəsi çərçivəsində hazırlanıb.
2018-ci ilin dekabr ayında Dumaya təqdim edilən qanun layihəsinə əsasən, Rusiyanın rəqəmsal dünya ilə əlaqəsinin kəsiləcəyi təqdirdə Runet-in necə işləyəcəyini görmək hədəfə alınıb. Sınağın nə zaman baş tutacağı bilinmir. Amma qanun layihəsi ilə bağlı dəyişikliklərin edilməsi üçün son tarix 1 aprelə təyin edilib.
Buna görədə sözügedən sınağın 1 aprel tarixinə qədər həyata keçiriləcəyi ehtimal edilir.olke.az