Venesuela əhalisi sosial şəbəkələrdə ölkə ərazisinə düşən meteoritin videosunu yayıblar.
Ucnoqta.az xəbər verir ki, yerli sakinlər bunun meteorit olduğuna əmindirlər. Ötən gecə hava cisminin yerə düşməsini Karabobo, Araqua, Quariko, və paytaxt Karakas sakinləri müşahidə ediblər. Görüntülərdə həmçinin obyektin düşdüyü ərazi də çəkilib. Polis meteoritin düşdüyü yolları bağlayıb.
Hadisə barədə rəsmi məlumat verilmir.