Aralıq dənizinin Əlcəzair sahillərində miqrantları daşıyan kiçik gəmi batıb.
Trend-in yerli KİV-lərə istinadən verdiyi məlumata əsasən, hadisə ölkənin Oran şəhəri yaxınlığında baş verib, ən azı 2 nəfər ölüb. Gəmidə 18 qeyri-leqal miqrant olub. Onlardan 13-ü xilas edilib. 11 nəfərin əcnəbi, iki nəfərin isə Əlcəzair vətəndaşı olduğu bildirilir. Üç nəfər hələlik itkin düşmüş hesab edilir.
Onların axtarışları aparılır.