Putin 9 generalı vəzifəsindən azad etdi

19:39 - 8 Fevral 2019 - DÜNYA

Rusiya prezidenti Vladimir Putin ölkənin güc strukturlarında çalışan 9 generalı işdən azad edib.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, prezidentin sərəncamı rəsmi dövlət saytında dərc olunub. Vəzifəsindən azad olunanlar general-leytenant Sergey Didenko (Rusiya FHN-in Sibir regional mərkəzinin rəisi), general-mayor İrina Zeybert (Rusiya İstintaq Komitəsi sədrinin baş köməkçisi), general-mayor Aleksandr Kuznetsov (DİN-in Krasnoyarsk əyaləti üzrə Baş İdarəsinin rəis müavini), general-mayor Vladimir Nikitiyev (Cəzaların İcrası Federal Xidmətinin Kirov əyaləti üzrə rəisi) və başqalarıdır.

Xəbər xətti