Fransada 1100-ə qədər sakin qripdən ölüb

20:23 - 7 Fevral 2019 - DÜNYA

 Ötən ilin oktyabr ayından bu ilin 20 yanvar tarixinədək Fransada 1100-ə qədər sakin qripdən ölüb.

“Report” “İnterfax”a istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Səhiyyə Agentliyi məlumat yayıb. Bildirilib ki, son bir həftə ərzində qrip şübhəsi ilə səhiyyə müəssisələrinə üz tutanların sayı 12 mindən çoxdur ki, bunların 2 minə qədəri xəstəxanalara yerləşdirilib.

Agentlik sakinlərə peyvənd olunmağı tövsiyə edib.

Xəbər xətti