NATO-nun növbəti zirvə görüşü dekabr ayında Londonda keçiriləcək.
“Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, bu barədə təşkilatın mətbuat xidməti bildirib. “NATO-nun dövlət və hökumət başçılarının növbəti görüşünü 2019-cu ilin dekabr ayında Londonda keçirmək barədə alyans ölkələri arasında razılıq əldə edildiyini bildirməyə şadam”, – Baş katib Yens Stoltenberq deyib.
Təşkilatın başçısı həmçinin qarşıdakı görüşün NATO ölkələrinin “qarşılaşdığı və qarşılaçacağı təhdidləri, NATO-nun bundan sonra da bir milyarddan çox əhalisinin təhlükəsizliyini təmin etməyin yollarını müzakirə etmək üçün” imkan yaradacağını söyləyib.