Şimali Makedoniya NATO-ya üzv qəbul edilib.
“Qafqazinfo” “RİA Novosti” yə istinadən xəbər verir ki, bununla bağlı protokol Belçikanın paytaxtı Brüsseldə imzalanıb. Sənədi Makedoniyanın XİN rəhbəri Nikola Dimitrov imzalayıb.
Mərasimdə NATO-nun baş katibi Yens Stoltenberq və 29 müttəfiq dövlətin təmsilçiləri iştirak edib.