"Venesuelada seçki qıtlığı yoxdur. Amma yaxın zamanlarda Venesuelada prezident seçkiləri olmayacaq".
Bunu "Russia Today" telekanalına müsahibəsində Venesuela Prezident Nikolas Maduro bəzi ölkələrin növbədənkənar prezident seçkiləri keçirilməsinə çağırışını şərh edərkən deyib. Onun sözlərinə görə, qarşıda gözlənilən yeganə seçkilər 2020-ci ildə keçiriləcək parlament seçkiləridir.
"Problem müxalifətdədir, növbəti seçkilərdə yox. İyirmi il ərzində 25 seçki keçirmişik. Son 18 ayda isə 6 seçki keçirmişik. 2018-ci ildəki seçkilər müxalifətin tələbi ilə baş tutub", - Venesuela Prezidenti əlavə edib.