BMT Venesuela böhranı ilə bağlı gözlənilməz mövqe nümayiş etdirib.
Qurumun baş katibi Antonio Quterreş BMT-nin heç bir qrupun yanında yer almayacağını söyləyib. Quttereş jurnalistlərə açıqlamasında Venesueladakı böhranı narahatlıqla izlədiyini bildirib.
Qeyd edək ki, Avropa İttifaqı tərəfindən Venesueladakı krizlə bağlı qurulan Beynəlxalq Təmas Qrupunun ilk toplantısı fevralın 7-də Uruqvayın paytaxtı Montevideoda keçiriləcək.
Təmas qrupuna üzvlər arasında Fransa, Almaniya, İtaliya, İspaniya, Portuqaliya, İsveç, Ekvador, Kosta-Rika, Boliviya və Uruqvay kimi ölkələr var. qafqazinfo