Berdıməhəmmədov Türkmənistan Elmlər Akademiyasını bağladı

19:42 - 3 Fevral 2019 - DÜNYA

Türkmənistanda Elmlər Akademiyasının maliyyələşdirilməsi dayandırılır.

Oxu.Az Total.kz saytına istinadən xəbər verir ki, Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov müvafiq fərman imzalayıb. Elmlər Akademiyasının maliyyələşməsi mərhələli şəkildə üç il ərzində dayandırılacaq.

Bununla da ölkə hökuməti energetika sektorunda davam edən tənəzzül fonunda iqtisadiyyatı möhkəmləndirmək və vəsaitə qənaət etmək istəyir. Maliyyəşmədən 26 elmi-araşdırma institutu və Dövlət Seysmoloji Xidmət məhrum ediləcək.

Xəbər xətti