Meksikanın Çiapas ştatı ərazisində, Quatemala sərhədi yaxınlığında 6,5 maqnitudalı zəlzələ baş verib.
“Report” TASS-a istinadən xəbər verir ki, ABŞ Geologiya Xidmətinin məlumatına görə, ocağı 87 kilometr dərinlikdə yerləşən zəlzələnin insan tələfatı və ya dağıntılar barədə hələlik bildirilmir.