Tramp prezidentliyi dövründə milyonlar itirib

10:39 - 1 Fevral 2019 - DÜNYA

ABŞ prezidenti Donald Tramp Ağ Evdə olduğu müddətdə maddi baxımdan böyük ziyan çəkib.

Bu barədə Birləşmiş Ştatların dövlət başçısı “The New York Times”a verdiyi müsahibədə danışıb. “Mən bu işi (prezident vəzifəsini - red) görməklə böyük pullar itirmişəm. Yaxşı ki, bu pullara ehtiyacım yoxdur. Ancaq həqiqətən, inanılmaz məbləğdə pullar itirmişəm”, - deyə Tramp bildirib.

2018-ci ildə “Bloomberg” agentliyi Trampın varidatını hesablayaraq, onun aktivlərinin bir il ərzində 100 milyon dollar azalaraq, ümumi sərvətinin 2,8 milyarda düşdüyünü yazıb.
Bu, ilk növbədə onun sahib olduğu hündürmərtəbəli binalarda, o cümlədən, “Trump Tower” və “Niketown” göydələnlərində icarəyə olan tələbin aşağı düşməsi ilə əlaqələndirilir.
Digər səbəb kimi, onun qolf biznesinin gəlirlərinin azalması göstərilir.

Bundan iki ay əvvəl “Forbes” nəşri Trampın sərvətinin 400 milyon dollar azalaraq 3,1 milyard təşkil etdiyini yazırdı.oxu.az

Xəbər xətti