Avropa Parlamenti Avropa İttifaqı ölkələrinə özünü Venesuela Prezidenti elan etmiş müxalifət lideri Xuan Quaydonun qanuni rəhbər kimi tanınması ilə bağlı çağırış bəyannaməsini qəbul edib.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, 439 nəfər sənədin lehinə, 104-ü isə əleyhinə səs verib, 88 nəfər neytral qalıb. "Qərar qəbul olundu. Elan edirəm ki, Avropa Parlamenti Quayondonu Venesuelanın qanuni Prezidenti kimi tanıdı. Avropa Parlamenti bunu edən ilk Avropa institutu oldu", - deyə iclasda Avropa Parlamentinin sədri Antonio Tayani bildirib.