Əfqanıstandakı ABŞ qoşunlarının sayını azaltmaq təklif edilir

17:41 - 31 Yanvar 2019 - DÜNYA

Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qəni amerikalı həmkarı Donald Trampa yazdığı məktubda ölkəsində yerləşən ABŞ qoşunlarının saxlanma məsrəflərini azaltmağı təklif edib.

Ucnoqta.az report-a istinadən xəbər verir ki, bu təklifin arxasında ABŞ hərbçilərinin Əfqanıstandan gözlənilən çıxarılmasından sonrakı vəziyyətlə bağlı ciddi narahatlıq durur. Qəzetin yazdığına görə, Əfqanıstandakı ABŞ hərbi kontingentinin və NATO-nun "Qətiyyətli dəstək missiyası"nın keçmiş komandanı Con Nikolsonla təmaslardan sonra yazılan məktubda dövlət başçısı ölkə ərazisindəki amerikalı hərbçilərin sayının hazırkı 14 min nəfərdən "daha məqbul səviyyəyə" endirilməsi, həmçinin onların saxlanma məsrəflərinin ixtisarı imkanlarını araşdırmaq xahişini irəli sürür.
General Nikolsonla söhbət zamanı isə ABŞ hərbçilərinin sayını 3 minədək endirərək texniki servis müqavilələrinin maliyyələşdirilməsini ildə 2 milyard dollar səviyyəsində ixtisar etmək imkanlarının müzakirə edildiyi qeyd olunub.

Qəzet məktubun Trampa çatdırılıb-çatdırılmadığının hələlik bəlli olmadığını da yazıb.
Xatırladaq ki, Əfqanıstan Prezidenti bu yaxınlarda ölkədəki xarici qoşunları çıxarmağa çalışacaqlarını açıqlamışdı.

Xəbər xətti