Venesuela Ali Məhkəməsi müxalifət lideri Xuan Quaidonun ölkədən çıxmasına qadağa qoyub və bank hesablarını dondurub.
Bu barədə BBC məlumat yayıb. Maduro hökumətinə sadiq olan Ali Məhkəmə Baş prokuror Tarik Uilyam Saabın qaldırdığı vəsatəti təmin edərək, Quaidoya qarşı “ehtiyat ölçüləri” götürüb. Ona qarşı ölkədə qeyri-sabitlik yaratma cəhdləri ittihamı ilə başlanmış istintaq başa çatana qədər Quaidonun ölkə xaricinə getməsinə icazə verilməyəcək. Milli Assambleyanın lideri olaraq Quaidonun istənilən istintaqdan immuniteti (deputat toxunulmazlığı) var. Habelə ölkənin Ali Məhkəməsinin çıxaracağı müvafiq qərar istisna hal sayılır.
Xəbərin yayılmasından sonra jurnalistlərə verdiyi açıqlamada Quaido bu addımların gözlənilən olduğunu diqqətə çatdırıb.
“Mənə qarşı təhdidlərə, təqiblərə baxmayaraq, işimizi davam etdiririk”, - deyə Quaido vurğulayıb.oxu.az