Senator Rauf Araşukov Rusiya Federasiya Şurasının toplantısı zamanı iclas zalında həbs olunub.
“Report” “TASS”a istinadən xəbər verir ki, onun adı “Adıge-Xase” Gənclər Hərəkatının sədri, 36 yaşlı Aslan Jurkovun qətlində hallanır. 2010-cu ilin martında A.Jurkov yaşadığı evin qarşısında güllələnib. R.Araşukov gənclər hərəkatı sədrinin qətlində əlinin olması ittihamını rədd edir.
Qeyd edək ki, 32 yaşlı R.Araşukov Qaraçay-Çərkəz Respublikasından Rusiya Federal Məclisinin Federasiya Şurasının üzvü (senator) seçilib. O, təbii qaz sənayesinin tanınmış sahibkarı Raul Turkbiyeviç Araşukovun oğuludur.