Venesuelada saxlanılanların sayı 850 nəfəri ötüb

19:00 - 29 Yanvar 2019 - DÜNYA

Venesuelada hazırkı Prezident Nikolas Maduroya qarşı kütləvi etirazların başlanmasından bəri 850-dən çox adam saxlanılıb.

Bu barədə "Report" "Reuters"ə istinadən xəbər verir. Həmçinin aksiyalar zamanı ölənlərin sayının bu ana qədər azı 40 nəfər olduğu bildirilir.

Qeyd olunur ki, təkcə yanvarın 23-də Venesuelada son 20 ildə rekord sayda nümayişçi - 696 nəfər saxlanılıb.

Xəbər xətti