Dmitri Peskov: "Maduro Putindən yardım istəməyib"

18:44 - 25 Yanvar 2019 - DÜNYA

“Venesuelanın Prezidenti Nikolas Maduro Rusiya Prezidenti Vladimir Putindən ölkədəki siyasi böhranla bağlı yardım istəməyib”.

“Report” RT-yə istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov prezidentlər arasında sonuncu telefon danışığı barədə açıqlamasında deyib.

"Vladimir Putin yaranmış vəziyyətin ölkə Konstitusiyası çərçivəsində həll edilməsini məsləhət görüb. Xaricdən dağıdıcı müdaxilə beynəlxalq hüquq normalarını kobud şəkildə pozur”, - Rusiya Prezidenti venesuelalı həmkarına bildirib.

Xəbər xətti