ABŞ dövlət departamenti Venesuelada olan diplomatların bir hissəsini geri çağırıb.
Həmçinin, Amerika hökumətinin Venesueladakı vətəndaşlarına təcili xidmətlərin göstərilməsini məhdudlaşdırmalı olduğu deyilir.
Xatırladaq ki, yanvarın 23-də Venesuelanın hazırkı başçısı Nikolas Maduro ABŞ-la diplomatik əlaqələri kəsdiyini elan edib.
O, Vaşinqtonu ölkədə dövlət çevrilişinə cəhddə ittiham edib. Maduro ölkənin ABŞ-dakı səfirlik və konsulluğunun bağlandığını elan edib.oxu.az