Hindistan Kosmik Tədqiqatlar Təşkilatı (ISRO) orbitə ən yüngül peyk olan "Kalamsat-V2"ni göndərib.
Peyki tələbələr yığıb. Onun çəkisi 1,26 kq təşkil edir, o, kosmosa "PSLV-C44" daşıyıcı raketin göyərtəsində qalxıb. "Kalamsat-V2" ilə yanaşı daşıyıcı raket həmçinin ölkənin "Microsat-R" adlı çəkisi 740 kq olan hərbi peykini də orbitə çıxarıb.trend