Böyük Britaniya Xuan Quaydonu dəstəklədiyini bildirib

22:37 - 24 Yanvar 2019 - DÜNYA

Böyük Britaniya hökuməti Venesuelanın demokratik yolla seçilmiş Milli Assambleyasını (parlament) və onun sədri, müxalifətin lideri Xuan Quaydonu dəstəkləyir.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın Baş nazirinin sözçüsü bildirib.

“2018-ci ilin prezident seçkiləri nə azad, nə də ədalətli olub, rejimin köklü qüsuru yalnız gücə əsaslanmasıdır", - deyən rəsmi Venesuela hökumətinin ABŞ ilə diplomatik əlaqələri kəsməsini yolverilməz adlandırıb.

“Böhranın həlli səfirin deportasiyası yox, barışçı və diplomatik yollar tapmaqla mümkündür”, - o vurğulayıb.

Xəbər xətti