Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayevin Ucnoqta.az-a verdiyi məlumata görə, Nobel prospektindən tıxac yaranıb.
Tıxaca səbəb prospektdə yol nəqliyyat hadisəsinin baş verməsidir: "Bir qədər əvvəl Nobel prospektində (Luna Parkın qarşısı şəhər mərkəzi istiqamətində) yol nəqliyyat hadisəsi baş verib. Bu səbəbdən hazırda prospektin qeyd edilən hissəsində tıxac müşahidə edilir".