Azərbaycana narkotik keçirmək istəyən İran vətəndaşları həbs edilib

16:05 - 7 Yanvar 2019 - Xəbər

“Biləsuvar” dövlət sərhədindən buraxılış məntəqəsində Azər­bay­cana gələn İran vətəndaşları, 1991-ci il təvəllüdlü Oghba Tooraj Hassanali və 1980-cı il təvəllüdlü Bigham Chouploujeh Arash Esfandyarın üzərinə baxış keçiri­lərkən daxili orqanlarından ümumilikdə 392 qram narkotik maddə olan “heroin” aşkar olunub.

Dövlət Sərhəd Xidmətidən Ucnoqta.az-a verilən məlumata görə, narkotik vasitələrin sifarişçisinin müəyyənləşdirilməsi və cinayət mə­suliy­yətinə cəlb edilməsi istiqamətində Xidmətin əmək­daş­ları tərəfindən DİN orqanları ilə birgə keçirilmiş əməliyyat-axtarış tədbir­ləri nəticəsində Azərbaycan vətən­daşı Bakı şəhəri Əmircan qəsəbə sakini 1969-cu il təvəllüdlü Məmmə­dov Danil Səfərəli oğlu saxlanılıb.

Fakt üzrə cinayət işi başlanılmış, qeyd olunan şəxslər təqsirləndirilən şəxs qismində cəlb olunub, barələrində “həbs” qətimkan tədbiri seçilib. Cinayət işi üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Xəbər xətti