Türkiyədə batan gəmidə 2 Azərbaycan vətəndaşı var

14:02 - 7 Yanvar 2019 - Xəbər

Türkiyənin Samsun vilayəti sahillərində batmış yük gəmisinin heyət üzvlərindən 2 nəfəri Azərbaycan vətəndaşıdır.

Trend bu barədə Türkiyə KİV-lərinə istinadən məlumat verir. Qeyd olunur ki, gəmidə həmçinin 9 Ukrayna, 2 Rusiya vətəndaşı olub.
Son məlumatlara əsasən 6 nəfər xilas edilib, bir nəfərin isə meyiti çıxarılıb.

Batan gəmidə 20 nəfərin olduğu deyilir.

Xəbər xətti