Bakıda kirayədə yaşayan gənci bıçaqlayan şəxsin məhkəməsi başladı

13:04 - 7 Yanvar 2019 - Xəbər

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Mətləb Zalovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib və məhkəmənin baxış iclası yanvarın 16-na təyin edilib. İttihama görə, ötən il sentyabrın 8-nə keçən gecə Sabunçu rayonu ərazisində, həmin ərazidə kirayədə yaşayan Tərtər rayon sakini Əlibala Ağalarov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib.

Sabunçu rayon Polis idarəsinin 12-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini M.Zalov saxlanılıb.trend

Xəbər xətti