Qusarda qanunsuz ov edən şəxsdən “Churchill” tüfəngi götürülüb

12:40 - 7 Yanvar 2019 - Xəbər

Qusar kənd sakini Bəhmən Hacıyev qanunsuz ov edərkən saxlanılıb.

DİN-dən verilən məlumata görə, yanvarın 6-da Qusar rayonunun Cağar kəndinin meşə zolağında Çiləgir kənd sakini Bəhmən Hacıyev qanunsuz ov edərkən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Ondan 1 ədəd “Churchill” markalı ov tüfəngi götürülüb.

Xəbər xətti