Şənbə günü Fransanın paytaxtı Parisdə "Sarı jiletlilər"in yanacağın qiymət artımına qarşı keçirdikləri etiraz aksiyaları zamanı polislə qarşıdurma baş verib.
Ucnoqta.az "Report”a istinadən xəbər verir ki, qarşıdurmalar nəticəsində 3-ü qanun keşikçisi olmaqla 30 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Bildirilir ki, etirazlar zamanı Parisdə 615 nəfər saxlanılıb, onlardan 508 nəfəri nəzarətə götürülüb.
Hazırda paytaxtda etirazçıların sayı 8 min nəfəri üstələyir, ümumi ölkə üzrə isə 31 nəfər nümayişə çıxıb.